ETA-nın keçmiş lideri 425 il müddətinə azadlıqdan məhrum edilib

OXUNUB: 205 Özəl DÜNYA
İspaniyada terrorla bağlı işlərə baxan Milli Məhkəmədə baxılan iddiada ETA təşkilatının keçmiş lideri Soledad İparraguirre 1985-ci ildə polisə qarşı bombalı hücumda iştirak etməkdə günahkar bilinərək 425 il həbs cəzasına məhkum edilib.

7NEWS.az xəbər verir ki, 1992-1998-ci illərdə ETA lideri olmuş "Anboto" ləqəbli Soledad İparraguirre daha əvvəl Bask bölgəsinin Vitoriya şəhərindəki Mendizorroza stadionuna bomba yüklü hücuma görə bəraət qazandığı iddiasında bu dəfə günahkar bilinib.

Milli Məhkəmə Anbotonu bu hücum cəhdində 20 nəfəri öldürməyə cəhddə və hüquq-mühafizə orqanlarına növbəti hücumda məsul tutaraq, ümumilikdə 425 il həbs cəzasına məhkum etdi. 

7NEWS.az

RƏYLƏR