Etibar Əliyev: “Tələbələrdən pul istənilməsi kimi neqativ hala rast gəlinirsə, deməli, rektor yerində olmayan bir adamdır”

OXUNUB: 444 SOSİAL HADİSƏ

"Son illərdə bir çox universitetlərdə şəffaf mühitin formalaşması və neqativ halların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb. Ölkədə bir neçə universitet var ki, orada tam şəffaflıq, dürüstlük bərpa olunub və neqativ hallar aradan qaldırılıb. Bu baxımdan ötən əsrin əvvəlində yaradılmış ilk universitetimiz olan Bakı Dövlət Universitetində müəllimin imtahandan keçmələri üçün tələbələrdən pul tələb etməsi, əlbəttə ki, heç də yaxşı bir hal deyil. Həmişə düşünmüşəm ki, "univeristet islahatları” dedikdə bu islahatlar ilk növbədə BDU-dan başlamalıdır. Özüm də həmin univeristetin məzunuyam. Hər bir məzun öz univeristetinin inkişafı istiqamətində hansısa addımlar atmalıdır, lakin çox təəssüf ki, məlum səbəblərdən bu imkanlardan istifadə edə bilmirik. Yəni univeristetin inkişafı üçün hər hansı bir rol oynaya bilmirik. Bu da, əlbəttə ki, idaredici şəxsdən aslıdır.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, "İctimai iştirakçılıq haqqında” qanun qəbul olunub və universitetlərin nəzdində ictimai şuralar yaradılıb: "Təəssüf ki, ictimai şuraların universitetlərdəki fəaliyyətləri qənaətbəxş deyil. İctimai şuraların vəzifəsi həm də univeristetdə müəyyən nəzarət mexanimzlərini yaratmaq, həmçinin keyfiyyətli təhsilə töhfələr verməkdir. Təəssüf ki, biz buna bir çox ali təhsil müəsissələrində nail ola bilməmişik. Elə BDU-da da ictimai şuranın fəaliyyəti həddindən artıq zəifdir və sanki universitetdə ictimai şura adlı qurum yoxdur. Neqativ hallar aradan qaldırılmalıdır. XXI əsrin univeristetlərinin qarşısında çox böyük hədəflər dayanır. Univeristetlər insan kapitalının formalaşmasında çox böyük rol oynayır. Ali təhsil müəssisələri tədris proqramlarının çevikliyi, müəllim korpusu ilə bir-birləri ilə rəqabətə girməlidirlər. Yeni müəllim nəsli yetişdirilməli, gənclər tədqiqatlara cəlb edilməlidir. Univeristetdə müəllimin tələbələrdən pul istəməsi kimi neqativ hala rast gəlinirsə, deməli, rektor yerində olmayan bir adamdır. Universitetin mahiyyətini və dəyərini hələ də anlamayan rektorlar var…”/pravda

 

İcmal.Az


RƏYLƏR