Evdə internet, WIFI hamilə və körpələrə ziyandır - Dölün beyninə təsir edir

OXUNUB: 1892 Səhiyyə GÜNDƏM
Hazırda Azərbaycanda simsiz, naqilsiz internet qoşulmalarına tələbat ən yüksək həddi keçib, hətta şəhərdən uzaq bölgələrdə də insanlar bəzən çörəkdən çox internetin olmasınn qeydinə qalır. 

Medicina.az xəbər verir ki, İsrail, Fransa, Londonda bağça və məktəblərdə  WiFi və mobil telefonlar qadağan olunduğu bir vaxtda bizim evlərimizdə, hətta cəmi 30-40 kv metrlik mənzillərdə simsiz internet provayderləri quraşdırılır, mikrodalğalı sobasız iş keçmir, ailədə azı 3-4 mobil telefon var...

Dünya sağlamlıq təşkilatları hamilə və yeni doğulmuş uşaqların birmənalı olaraq WiFi və modemlərdən uzaq durmasını tövsiyə edir.

"50 il sonra biz kədərlə insanlığın sağlamlığı üçün  modem, telefon və digər maqnit dalğaları yayan avadanlıqların necə təhlükələrə yol açdığını anlayıb təəssüflənəcəyik. Amma geri qayıtmaq üçün gec olacaq”.

Araşdırmalara görə, hamilə qadın və uşaqlar civə, xlorofom, insektisid DDT kimi zərərli elementlərin təsirinə məruz qala bilər. 

250 konsaroqen maddələr  siyahısında elektromaqnit sahəsi yaradan radiodalğalar da yer alıb. Bunlar mikrodalğalı soba, mobil telefon, internet, wifi-dır.

Hamilə qadınlar və uşaqlar böyüklərə nisbətən elektromaqnit dalğalarını daha çox "udur”,  ana bətnindəki körpə isə bu dalğalara daha həssadır və elektriklə bağlı istənilən siqnalı yüksək dozada tutur. Bu onunla izah olunur ki, böyük adamın sümük əzələ sistemi, kəllə örtüyü qalın olur və dalğaların müəyyən faizi təsir edir. Bətndəki dölün və yeni doğulmuşların baş kəllə sümüyü hələ zəif, əmgəyi açıq olur. Ona görə maqnit dalğalarının kəllə sümüyündən asanlıqla keçib beyinə nüfuz etməsi çox asandır. 

Bu səbəbdən hamilə olduğunu bilən gündən qadın:

-Yatdığı, yemək yediyi otaqda modem, wifi olmamasına çalışmalı
-Mikrodalğalı sobadan uzaq durmalı, onda yemək qızdırmamalı
-Mobil telefondan yalnız zəruri hallarda istifadə etməli, telefonla danışıq 5 dəqiqəni keçməməli
-Hamilənin çarpayısı yanında elektrik avadanlıq, telefon, "zaryadka”ya qoşulu hər hansı qurğu olmamalı
-Telefonu, noutbuku qarın və sinədə tutub istifadə etməməlidir.

Yeni doğulmuş və 12 yaşa kimi uşaqlarınızı da WiFi, modem və telefonlardan uzaq tutmaq zəruridir.

RƏYLƏR