Çexiya Kabildəki səfirliyini bağlayacaq

OXUNUB: 355 Özəl DÜNYA
Çexiya Əfqanıstanın paytaxtı Kabildəki səfirliyini 2023-cü il yanvarın 1-də bağlayacaq.

7NEWS.az xəbər verir ki, Xarici İşlər naziri Yan Lipavskinin Çexiyanın Kabildəki səfirliyini bağlamaq qərarına gəldiyini bildirib. Hesabatda səfirliyin 2023-cü il yanvarın 1-də bağlanacağı bildirilir, Çexiya Xarici İşlər Nazirliyi isə bu ölkənin yaxın vaxtlarda təhlükəsizlik vəziyyətində yaxşılaşma gözləməyəcəyi qənaətindədir.

2007-ci ildə Kabildə səfirliyini açan Çexiya Taliban qüvvələrinin paytaxta sürətlə irəliləməsi səbəbindən 2021-ci ilin avqustunda səfirliyini müvəqqəti olaraq bağladı və şəxsi heyətini tədricən təxliyə etməli oldu.

7NEWS.az

RƏYLƏR