"Facebook" o layihəni ləğv etdi - VİDEO

OXUNUB: 588 SOSİAL

Mark Zukerberqin ən böyük xəyallarından biri dünyanı yüksək sürətli, pulsuz internet xidməti ilə təmin etməkdir.

İcmal.Az xəbər verir ki, o, bu məsələ ilə bağlı 4 il əvvəl layihə başlatmışdı. "Aquila" adlı dron dünyanın hər yerində 4 milyard insana yüksək sürətli internet xidməti vermək üçün nəzərdə tutulmuşdu.

Lakin dünən "Facebook" proqramın ləğv edildiyini açıqlayıb. Şirkət kütləvi internet xidmətləri üçün yoluna "Airbus"la davam edəcək.

2016-cı ildə keçirilən iki sınaq uçuşundan sonra layihədə struktur səhvləri olduğu ortaya çıxmışdı.

RƏYLƏR