Fars Xəbər Agentliyinə kiberhücum: Baş direktor müavini saxlanıldı

OXUNUB: 198 Özəl DÜNYA
Noyabrın 25-də İranda İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan yarı rəsmi Fars Xəbər Agentliyinə edilən kiberhücumla bağlı agentliyin yüksək vəzifəli əməkdaşı saxlanılıb.

7NEWS.az xəbər verir ki, agentliyin top meneceri İranın yarı rəsmi Fars Xəbər Agentliyinə kiberhücumla bağlı saxlanılıb. İran dövlət televiziyasının xəbərində, yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyinə kiberhücumdan sonra "agentlik xəbərlərini təhrif etdiyi və saxta bülletenlər hazırladığı” deyilən bir əməkdaşın saxlanıldığı qeyd edilib. 

Həbs edilən agentlik əməkdaşının adı xəbərlərdə açıq-aydın yazılmasa da, həmin şəxsin agentliyin baş direktorunun müavini Abbas Tevanger kimi kodlaşdırıldığı iddia edilib.

Digər tərəfdən, paytaxt Tehranda keçirilən mətbuat konfransında sualı cavablandıran Ədliyyə sözçüsü Məsud Setayeşi, Fars Xəbər Agentliyinin yüksək vəzifəli şəxslərindən birinin nəzarətə alındığını təsdiqləsə də, həmin şəxsin kimliyini açıqlamayıb.

7NEWS.az

RƏYLƏR