Filippində daşqın dağıntılara səbəb oldu

OXUNUB: 353 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Filippində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 98-ə yüksəlib. Səlahiyyətlilər oktyabrın 27-dən bəri sel və torpaq sürüşmələrində 98 nəfərin həyatını itirdiyini, tələfatların yarıdan çoxunun Maguindanao şəhərində baş verdiyini bildirib. Nalgae tropik qasırğasının vurduğu ziyan Maguindanaoda ciddi həddə çatdı, şəhərdə isə daşqın və torpaq sürüşmələrində 53 nəfər həyatını itirib.

7NEWS.az

RƏYLƏR