Finlandiya ruslara məxsus təyyarənin müsadirəsini ləğv etdi

OXUNUB: 336 Özəl DÜNYA
Finlandiya Mühafizə İdarəsi sanksiyaya məruz qalan Rusiya vətəndaşlarına aid olduğu iddia edilən "Polar Aviation”a məxsus 3 şəxsi təyyarənin müsadirəsini ləğv edib.

7NEWS.az xəbər verir ki, Mühafizə İdarəsi noyabrın sonunda Polar Aviasiyaya məxsus üç şəxsi təyyarəni müsadirə etmək qərarını ləğv edib.  Finlandiya noyabrın 18-də "Polar Aviation”a məxsus üç şəxsi təyyarəni ələ keçirib. Şirkət bu təyyarələrin "qara siyahı”dakı Rusiya vətəndaşları ilə əlaqəli olduğu iddialarını təkzib edib.

Ümumilikdə, Finlandiyada ötən fevraldan bəri Rusiya vətəndaşlarına aid aktivlərə 187 məhdudiyyət qoyulub. Aktivlərin dəyəri 191 milyon avro dəyərində qiymətləndirilir.

7NEWS.az

RƏYLƏR