Finlandiya Türkiyədən NATO-ya üzvlüyünü “tezliklə” təsdiqlənməsini istəyib

OXUNUB: 213 Özəl DÜNYA
Finlandiyanın baş naziri Sanna Marin Türkiyə və Macarıstandan ölkəsinin və İsveçin NATO üzvlüyünü "tezliklə” təsdiq etməyi xahiş edib.

7NEWS.az xəbər verir ki, Skandinaviya ölkələrinin liderləri ilə birgə mətbuat konfransında danışan Marin "Bütün gözlər Macarıstan və Türkiyədədir. Biz gözləyirik ki, bu ölkələr bizim üzvlüyümüzü təsdiq edəcəklər. Düşünürəm ki, gec deyil, erkən olması vacibdir" deyə bildirib.

Finlandiya və İsveç keçən həftə Türkiyəyə verdikləri bəyanatda alyansa birlikdə qoşulmaq istədiklərini bir daha vurğuladılar.

7NEWS.az

RƏYLƏR