Fransa 1945-ci ildən bəri ən isti ayını keçirdi

OXUNUB: 359 Özəl DÜNYA
1945-ci ildən bəri Fransada qeydə alınan ən isti ay oktyabr oldu. 

7NEWS.az xəbər verir ki, Fransa Meteorologiya İdarəsinin   (Meteo-France) verdiyi açıqlamaya görə, Fransada 1945-ci ildən bəri ən isti oktyabr ayı yaşanıb. Bu ay ölkə üzrə havanın temperaturu orta hesabla 17 dərəcə, havanın temperaturu isə mövsüm normalarından 4-5 dərəcə yüksək olub. Korsika adasının Fiqari kəndində oktyabrın 23-də havanın temperaturu 32,5 dərəcəyə, ölkənin cənubundakı Bordo şəhərində isə oktyabrın 16-da 30 dərəcəyə çatıb.

RƏYLƏR