Fransada bu il yay istilərindən 2816 nəfər ölüb

OXUNUB: 241 Özəl DÜNYA
Fransada 1900-cü ildən bəri tarixdə ikinci ən yüksək hərarətin yaşandığı yay dövründə 2816 nəfərin həyatını itirdiyi bildirildi.

7NEWS.az xəbər verir ki, Fransada bu il yay istisi səbəbindən 2816 nəfər ölüb Fransa Xalq Sağlamlığının paylaşdığı məlumata görə, bu il temperatur və Covid-19 epidemiyası ilə əlaqədar 10 420 nəfər ölüb. Bunlardan 2816 nəfəri yayda 14-22 iyun, 9-27 iyul və 29 iyul-14 avqust tarixlərində yaşanan 3 isti dalğası nəticəsində birbaşa dünyasını dəyişib. Sözügedən dövrlərdə müşahidə edilən həddindən artıq istilər də 1900-cü ildən bəri ölkədə yaşanan "ən yüksək temperatur” olaraq qeydə alınıb. 

Digər tərəfdən, qızmar istilər nəticəsində ölən 2816 nəfərdən 2272-si 75 və yuxarı yaşda olan insanlardır. 2003-cü ildə ölkədə 15 min insan anomal istilər səbəbindən dünyasını dəyişib.

7NEWS.az

RƏYLƏR