Fransada yoxsulluq surətlə ARTIR

OXUNUB: 201 Özəl DÜNYA
Fransız katolik xeyriyyə təşkilatı "Secours Catholique” illik hesabatında ölkədə artan yoxsulluğa diqqət çəkib.

7NEWS.az xəbər verir ki, Fransız mediasının "Secours Catholique” hesabatına əsaslanaraq verdiyi məlumata görə, təşkilat 2021-ci ildə 938 min adama kömək edib və yardım alan ailələrin yüzdə 48-nin əsas qidalarını qarşılamaq üçün kifayət qədər büdcəsinin olmadığı qeyd edilib. Hesablarını ödədikdən sonra hər iki ailədən birinin ayın sonuna gətirmək üçün 295 avro pulu qalıb, bu rəqəm isə adambaşına gündəlik minimum 7 avro olan qida xərclərindən 2 avro aşağıdır.

Təşkilatdan yardım alanların 75 faizi köməyə ehtiyacı olan yeni insanlardır. Ölkədə bahalaşma ilə əlaqədar vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

7NEWS.az

RƏYLƏR