Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti qastrol səfərindən qayıdıb

OXUNUB: 6476 GÜNDƏM ERMƏNİSTAN Video SİYASƏT

Bakı. 1 may. / Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 3 qatrol səfərini uğurla yekunlaşdırıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı teatr rəhbərləri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq, teatrın yaradıcı heyəti aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olaraq gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.

Teatrının yaradıcı kollektivi aprelin 21-22-də Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edib. İlk gün gürcü tamaşaçılarına, növbəti gün isə Gürcüstanda yaşayan soydaşlarımız üçün nümayiş etdirilən “Dəcəl keçi” hər iki auditoriya tərəfindən çox böyük maraq və anşlaqlarla qarşılanıb.

Növbəti gün tamaşamızı Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Vüqar Mustafayev və səfirliyin nümayəndəsi Leyla Əmrahova, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində “Azərbaycan dostları klubu”nun nümayəndələri və onların ailə üzvləri izləyiblər. Onlar tamaşadan sonra səhnəarxasına keçərək aktyorlarımızı təbrik edib, Gürcüstanda yaşayan Azərbaycanlılar üçün ilk dəfə olaraq öz ana dillərində tamaşa nümayiş etdirdiklərinə görə teatrın yaradıcı heyətinə və rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qastrol səfərinin ikinci günündə, tamaşanın nümayişindən sonra teatrın icraçı direktoru və bədii rəhbəri Dimitri Xvtisiaşvili hər bir aktyorumuza ayrı-ayrılıqda öz minnətdarlığını bildirirək Gürcüstanın simvolik hədiyyələrini təqdim edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adından da Gürcüstan Teatrına Azərbaycan milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim olunub.

Qastrol səfəri çərçivəsində aprelin 23-27-də Şimali Osetiya – Alaniya Respublikası Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən mətbuat konfransında teatrın direktoru Vladislav Koliyev, Azərbaycanın Şimali Osetiyadakı diasporunun sədr müavini Fuad Kazımov və qastrol səfərində iştirak edən aktyorlarımız, direktor müavini Fəxrəddin Dünyamalıyev jurnalistlərin suallarını cavablandırıblar.

Səfər çərçivəsində bir tamaşa çoxuşaqlı və aztəminatlı ailələrin övladları və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib.

Qastrol səfərinin bağlanış mərasimində Şimali Osetiya Respublikasının Mədəniyyət Naziri Ruslan Mildzixov iştirak edərək yaradıcı kollektivimizə “Təşəkkür məktubu” təqdim edib. Şimali Osetiyada fəaliyyət göstərən Heydər Əliyev adına “Azəri” Azərbaycan milli-mədəni təşkilatının və Azərbaycan diasporasının sədri Natiq İsmayılovun adından diasporun sədr müavini çıxış edərək, Azərbaycan və Osetiya arasındakı mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib və diplomla kollektivimizi təltif edib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol turunun üçüncü mərhələsi Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrında davam edib. Aprel ayının 28-dən – 30-dək davam edən qastrol digərləri kimi olduqca maraqlı və yaddaqalan olub.

float: left; width: 100%;">

RƏYLƏR