Gəncədə sirkə turşusundan zəhərlənən yaşlı kişi xəstəxanada ölüb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
4 fevral
20.39
***
Şəhər sakini 1941-ci il təvəllüdlü Abbasov Qəzənfər Mikayıl oğlu sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
77 yaşlı kişinin hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır. /apa
İcmal.Az