GƏNCƏDƏ ŞOK: Məmur əməkdaşları söydü, araşdırma başladı - Sensasiya

OXUNUB: 648 GÜNDƏM HADİSƏ
Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı şikayət ediblər. 

Şikayətçilər bildirirlər ki, 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanov iclasda kollektivi ağır söyüşlərlə təhqir edib.

"Əsas problem sözü gedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaratmasıdır. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşımanı yükünü çiyinlərimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", kolletiv üzvləri öz müraciətlərində bildirirlər.

"Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək sözlə ifadə olunmayan təhqiramiz söyüşlərdə söyərək hüquq şöbəsinin müdirinin otağında stol-stulu da vurub dağıtdı.  Sözügedən məmur bizimlə "burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər. 

Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etməsi barədə daxil olan şikayət əsasında araşdırma başlayıb. Bu barədə Axar.az-a açıqlamasında Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Paşayev deyib. O bildirib ki, Hikmət Əmiraslanov bu vəzifəyə bir neçə gündür ki, təyin olunub: "Hikmət Əmiraslanovla bağlı hazırda araşdırma başlayıb. Ola bilər ki, bu, qərəzli mövqedir. Bu səbəbdən iddianın araşdırılması lazımdır. Şikayət bir şəxsindir. İşçilərin etiraz olaraq işə çıxmaması yalan məlumatdır, hazırda iş başındadırlar. Hikmət Əmiraslanov 3-4 gündür ki, bu vəzifədə çalışır və buna qədər onun haqqında bizə şikayət daxil olmayıb”./yenisabah
7NEWS.az

RƏYLƏR