Generalın ərköyün bacısıoğlu Tovuzda “MERO”nu bazara çevirib

OXUNUB: 9921 HƏFTƏLİK İCMAL Özəl TƏHLİL

Tovuz rayonu Zeynalovların qurbanına çevrilib.

İcmal.Az xəbər verir ki,bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Nəzərinizə çatdıraq ki, bir müddət öncə ölkə mətbuatı Tovuz rayon icra Hakimiyyətinin başçısı Tofiq Zeynalov haqda maraqlı məlumatlar dərc etmişdir. Bir daha nəzərinizə çatdıraq ki, rayonda təhsil, səhiyyə və digər sahələrdə baş verən özbaşınalıqlar, rüşvətxorluq bu gündə davam edir.

Təbii ki, icra başçısının icazəsi olmadan bir kimsə belə addım ata bilməz. Məlum məsələdir ki, rayonda ZEYNALOVLAR bütün gəlirli sahələrə rəhbərlik edir. Mənbə vurğulayır ki, T. Zeynalov və onun qardaşı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ən gəlirli sahə olan Dövlət Yol Polisinin 10 saylı rayonlar arası qeydiyyat imtahan şöbəsinə(MERO) öz bacısıoğlunu təyin etdirib. Xəqani Əsgərov adlı "MERO” rəisi bütün imkanlardan istifadə edərək özünə rayonun Xoşbulaq istirahət mərkəzində obyekt inşa etdirib.

Xidməti maşını ilə obyektə gələn Xəqani müəllim günün istənilən saatını təbiətin qoynunda xumarlanır. Əlbətdə ki, böyük dayaq sahibi olan MERO rəisi sürücülük vəsiqələrini bazar qiyməti ilə satmaqdan belə çəkinmir. Çünki, BDYPİ-nin rəisi Ramiz Zeynalov "ərköyün” bacıoğlunun dayısıdır. Məlumat üçün bildirək ki, Tovuz rayonu Xoşbulaq istirahət mərkəzi ZEYNALOVLARIN məkanı kimi tanınır.

 

İcmal.Az

RƏYLƏR