Gərginlik artır: Şimali Koreyadan Ukraynaya SƏRT CAVAB

OXUNUB: 504 Özəl DÜNYA
Şimali Koreyadan verilən açıqlamada Ukraynanın şərqindəki separatçı bölgələri tanıdığı üçün diplomatik əlaqələri kəsməyə qərar verən Kiyev rəhbərliyinin Pxenyanın qərarını şübhə altına almağa haqqı olmadığı bildirilib.

7NEWS.az xəbər verir ki, Şimali Koreyanın dövlət xəbər agentliyinə danışan Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü, Ukraynanın dövlətlərarası münasibətlərdə qərəzsizliyə və ədalətə zidd hərəkətlər etdiyini əsas gətirərək, "Kiyevin Pxenyanın qərarını şübhə altına almağa haqqı və hüququ yoxdur”, deyə bildirib.

7NEWS.az

RƏYLƏR