Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında sərbəst güləşçilərimizin çıxışı davam edir.
İcmal.Az xəbər verir ki, bu gün daha 4 idmançımız mübarizəyə başlayacaq.
61 kq
1/8 final - Hacı Əliyev - S.Myradov (TKM)
70 kq
1/4 final - Murtuz Müslümov - Z.Dama (TUR)
86 kq
1/8 final - N. Al Mushatta (İRQ) - Şərif Şərifov
125 kq
1/4 final - Cəmaləddin Məhəmmədov - R. Alkrad (SYR).
***
Şərif Şərifov iraqlı idmançıya 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
***
Hacı Əliyev 1/4 finala yüksəlib. O, türkmənistanlı S.Myradova tam üstünlüklə qalib gəlib.
***
Şərif Şərifov yarımfinala yüksəlib. O, 1/4 finalda pakistan idmançısı üzərində 11:1 hesablı qələbə qazanıb.
***
Hacı Əliyev tacikistanlı rəqibinə tam üstünlüklə qalib gələrək yarımfinala çıxdı.
***
Murtuz Müslümov yarımfinala adlayıb.
***
Cəmaləddin Məhəmmədov qələbə qazanaraq yarımfinala adlayıb.
***
Şərif Şərifov yarımfinalda iranlıya uduzdu.
***
Murtuz Müslümov finala yüksəldi.
***
Hacı Əliyev də 8:1 hesablı qələbə ilə finaldadır.