Gümrüdə hərbçilər arasında dava: Xəsarət alanlar var

OXUNUB: 1173 ERMƏNİSTAN

Ermənistanda rus hərbçilər arasında kütləvi dava baş verib.

Hadisə ötən gün (10 sentyabr) saat 23.30-da Ermənistanın Gümrü şəhərində qeydə alınıb. Vətəndaşların müraciətindən sonra hadisə yerinə gələn polis ağır bədən xəsarətləri alan şəxsi aşkar edib. Polislər milliyətcə rus olan 26 yaşlı Yuri Nikolayevi Gümrü tibb mərkəzinə aparıblar. 

Araşdırmalar zamanı məlum olub ki, mübahisə Rusiya vətəndaşları 23 yaşlı V.Krasovski, 22 yaşlı V. Yudin, 26 yaşlı N. Qizatullayev və 26 yaşlı Y.Nikolayev arasında baş verib. Dava zamanı, Nikolyev bədən xəsarətləri alıb. Saxlanılan Qizatullayev Nikolayevi döydüyünü etiraf edib. 

 

"Shamshyan.com"-un əldə etdiyi məlumatlara görə, dava edən şəxslər Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında manqa komandiri vəzifəsində xidmət edirlər. /azvision

İcmal.Az

RƏYLƏR