Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

OXUNUB: 901 İDMAN TƏHLİL
Dünyanı ağuşuna almış pandemiya  futbola da damğasını vurdu. Bir çox planlar, qitəmiqyaslı yarışlar təxirə salındı. Milyonların sevimlisi olan bu idman növündə bir müddət durğunluq  yaşandı. Artıq virusla "qolboyun” yaşamağın hər kəs tərəfindən dərk edildiyi dövrdəyik və bir çox sahələrin "buzu əriyib”. Elə futbolun da...

Pandemiyadan əvvəl millimizə baş məşqçi axtarışına çıxan AFFA - Elxan Məmmədov sözügedən "taclı bəla”ya görə fasilə götürmüşdü. Artıq bu istiqamətdə də canlanma var. İstər mətbuatda, istərsə də assosiasiyada. 

"Azerisport”dan olan həmkarlarımız Nikola Yurçeviç dönəmində millmizin məşqçisi işləmiş Mario Tokiçlə söhbətləşib. Tokiç müsahibə zamanı yığmanın boş qalmış "sükanı arxası”na öz namizədlərini açıqlayıb. Xorvat mütəxəssis Qurban Qurbanovla Rəşad Sadıqovun real namıizədliyindən danışıb. Təsəvvür edin ki, bunu Elxan Məmmədovun Xorvatiyadan "bəh-bəh”lə gətirdiyi Yurçeviçin komandasında yer alan məşqçi deyir. 

Xatırladım ki, daha öncə eyni fikirlə millimizin aparıcı üzvləri də çıxış edərək Rəşad Sadıqovun rəhbərliyi altında oynamaq istəklərini dilə gətirmişdilər. Bundan əlavə, idman ictimaiyyətinin müxtəlif nümayəndələrinin də oxşar təklifləri olmuşdu. 

Yaxşı, bəs qurumun icraçı vitse-prezidenti bunu görmür? Gərək bu təklifi Xorvatiyadan verələr? 

Məlum məsələdir ki, Rəşad millinin "sükanı arxası”na keçsə,  ən azı "otkat”lara, tapşırıqlara son veriləcək. Onsuz da hal-hazırda millidən böyük nəticələr ummaq absurddu. Hətta Mourinyo gəlsə belə...

Yuxarıda qeyd etdiyim kimi, pandemiya dövlətlərə də ziyan vurub. Xüsusən bizim kimi kiçik dövlətlərə təsiri daha böyükdü. Əsas gəlir sahəsinin neft olmasını da nəzərə alsaq, ən çox ziyan çəkmiş kiçik dövlətlərdən sayılırıq. Elə neftin kəskin ucuzlaşması da öz sözünü deyib. 
 
İndi sualım Elxan Məmmədovadı:

Dövlətin indiki durumunda nə vacibdi ki, yüz minlər, milyonlar xərcləyib əcnəbi məşqçi gətirəsiz? Rəşad Sadıqovu görmürsüz?
 
7News.Az

RƏYLƏR