Hindistanda yanacaq tankeri qəzaya uğrayıb: 2 ÖLÜ, 25 YARALI

OXUNUB: 280 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanın Madhya Pradeş ştatında yanacaqla dolu tanker aşdıqdan sonra partlayıb. Qəzada 2 nəfər həyatını itirib, ən azı 25 nəfər yaralanıb. Səlahiyyətlilər tankerin aşmasından sonra bölgə əhalisinin ətrafına toplaşdığını və tankerin alovlanaraq partladığını bildirib. Yaralıların müalicə üçün ətraf xəstəxanalara aparıldığı və onlardan ən azı 8-nin vəziyyətinin ağır olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR