Hollandiya kralı, Kraliyyət Ailəsinin müstəmləkə keçmişinin araşdırılmasını əmr edib

OXUNUB: 249 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hollandiya Kralı Willem-Alexander, kral ailəsinin Hollandiyanın müstəmləkə keçmişindəki rolu ilə bağlı müstəqil araşdırma aparılmasına göstəriş verib, Hollandiya Hökumətinin İnformasiya Xidməti (RVD) açıqlamasında bildirib.

Kral ailəsinin Hollandiyadakı müstəmləkə keçmişi diqqətlə araşdırılacaq. Hollandiya Hökumətinin İnformasiya Xidməti (RVD) verdiyi açıqlamada, kral Willem-Alexanderın Hollandiyanın müstəmləkə keçmişindəki kral ailəsinin rolunun müstəqil öyrənilməsinə göstəriş verdiyini söylədi.

Açıqlamada araşdırmanın 3 il davam etməsinin planlaşdırıldığı, araşdırmanın XVI əsrin sonlarından bu günə qədər olan dövrü əhatə edəcəyi bildirilib. Araşdırmanın 3 hollandiyalı tarixçi və 1 insan hüquqları eksperti tərəfindən aparılacağı açıqlanıb.

7NEWS.az

RƏYLƏR