Hollandiyada polisə hücum edən 12 PKK tərəfdarı saxlanılıb

OXUNUB: 307 Özəl DÜNYA
Hollandiyanın Haaqa şəhərində terror təşkilatı PKK tərəfdarları Türkiyənin Haaqadakı səfirliyinə piyada getməyə icazə verməyən polisə hücum edib. Hadisələr zamanı 12 PKK tərəfdarı polis tərəfindən saxlanılıb.

7NEWS.az xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində küçəyə çıxan PKK tərəfdarları polisə hücum edib. Təşkil etdikləri aksiya zamanı polis əllərində təşkilat bayraqları ilə Türkiyənin Haaqa səfirliyinə doğru yürüş etmək istəyən PKK tərəfdarlarına icazə verməyib.

PKK tərəfdarları onlara icazə verməyən polisə hücum edərkən, baş verən hadisələrdə 12 PKK tərəfdarı polis tərəfindən saxlanılıb. Polis hadisələr zamanı 3 nəfərin yaralandığını bildirib.


RƏYLƏR