İbtidai sinif müəllimi ilə nazirlik arasında qalmaqal

OXUNUB: 801 GÜNDƏM SOSİAL
Elm və Təhsil Nazirliyi məhkəməyə verilib.

7News.Az xəbər verir ki, iddiaçı İsmayılova Ramilə Əmir qızıdır.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ramilə İsmayılovanın iddia tələbi işə bərpa ilə bağlıdır. 

Araşdırmalarımız zamanı məlum olub ki, o, 45 saylı orta məktəbdə fiziki tərbiyə üzrə ibtidai sinif müəlliməsi olub. 

Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Məlum olan odur ki, Ramilə İsmayılova bu qərardan narazıdır.

7News.Az

RƏYLƏR