İcra başçısının “Coca-Cola” və “Efes” zavodları ilə bağlı Prezidentə dediyi yalan: “Okey”ini veriblər…” – VİDEO

OXUNUB: 135 Özəl GÜNDƏM HADİSƏ
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezident İlham Əliyevə söylədiyi yalanı üzə çıxıb

7News.Az Yenicag.az-a istinadən xəbər verir ki, ötən ilin iyul ayında Prezident İlham Əliyevə "Coca-Cola” və "Efes” zavodlarının İsmayıllıda açılacağının 80 faizinin öz dili ilə desək "okey”inin verildiyini desə də, nə zavoddan, nə layihədən xəbər var.

Hadisədən təxminən bir ilə yaxın müddət keçib, ancaq zavodlardan əsər-əlamət yoxdur. Bu da onu deməyə əsas verir ki, Nahid Bağırov bunu sadəcə olaraq söz xətrinə deyib. İcra başıçı, "Pandemiyadan sonra”, – demişəm deyə bilər, ancaq əldə edilən məlumata görə, pandemiya bəhanədir. Çünki pandemiya dönəmində ölkədə çox sayda zavod və fabirklərin əsası qoyulub. Azərbaycan torpaqlarını işğaıldan azad edib, Ağdam şəhərinin təməli qoyulub. Bütün bunlara baxdıqdan İsmayıllıda "Coca-Cola” və "Efes” zavodlarını tikmək nə qədər çətin məsələ oldu?

Görünən odur ki, çiçəyi burnunda başçı aldığı töhmətdən sonra yerini möhkəmləndirmək üçün belə bir blef edib.

Qeyd edək ki, prezidentə məruzə zamanı "okey”ini veriblər” deməsi ilə gündəm olan İsmayıllının icra başçısı sərt karantin şərtlərini pozduğu üçün də təyinatının qırxı çıxmadan töhmət almışdı. Töhmət ilə bağlı isə rəsmi bir, qeyri-rəsmi başqa iddialar var.

Ps. Bizə və oxucularımıza maraqlısı odur ki, görəsən İsmayıllı rayonunda sözü gedən "Coca-Cola” və "Efes”zavodunun inşaasına başlanıldı ya yox?
 
 

RƏYLƏR