İcra Hakimiyyəti Kamil Zeynallını rayondan qovdu - VİDEO

OXUNUB: 1272 GÜNDƏM Özəl HADİSƏ
Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslərə yardımlar edilməsinə mane olur...
"Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslər yardımlar edilməsinə mane olur. Hətta bu işi həyata keçirən şəxsləri təhdid etdirir”.

Bunu ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı son yaydığı videoda bildirib.

Qeyd edib ki, karantin rejimində maddi vəziyyəti ağır olan ailələrə yardım etmək üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib. Rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Bu işə bir neçə xeyriyyəçi də qoşulub. Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutub, ancaq icra başçısının müavini ona bildirib ki, həmin ərazidə yaşayış qanunsuzdur və yaxın müddət ərzində daxma da söküləcək. K.Zeynallı ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini istəyib. Ancaq istəyi müsbət qarşılanmayıb.

K.Zeynallının iddiasına görə, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətindən ona "sən kimsən ki, bizim işlərimizə qarışırsan? Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan” kimi iradlar bildiriblər. İnci xanım isə K.Zeynallıya zəng edərək, xahiş edib ki, qorxur, buna görə də onun rayon ərazisindən getməsini istəyir”.

Pirallahı rayonunun icra başçısı Vasif İmanova səslənən K.Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda, hətta xeyriyyə işlərinə mane olmaqda ittiham edib. O bildirib ki, oturduğu kürsü V.İmanovun atasından qalmayıb, bu vəzifəyə ölkə başçısı tərəfindən xalqa qulluq etmək üçün təyin olunub. Ancaq başçı bu problemləri özü həll etməkdənsə, yardım etmək istəyənlərə də mane olur.

Məsələ ilə bağlı İH-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

K.Zeynallının iddialarını daha geniş formada təqdim etdiyimiz videodan izləyə bilərsiniz: /"BakuPost”
 
İcmal.Az
 

RƏYLƏR