İdman Federasiyasının prezidenti Ceyhun Əşrəfovun özbaşınalıqlarına görə Prezidentə müraciət olunacaq - TƏFƏRRÜAT

OXUNUB: 18163 Özəl GÜNDƏM İDMAN
Binəqədi rayonu Sulutəpə sakini Abdullazadə Abdulla AFİA.AZ-a müraciət edərək məmur özbaşınalıqları ilə üzləşdiyini bildirib:

- "2019 iyun-iyul aylarında Gənclər və İdman Nazirliyinin  işçisi  və Azərbaycan Sindo Ryu və Pençak silat federasiyasının kuratoru olan Oruc Məmmədli və Vəfa adlı xanımla "Gənclik”də yerləşən ofisdə  görüşdük. "Alov” İdman Klubunun yaratmaq üçün onlara 210 manat verdim. Daha sonra 6 nəfər tələbəmin sənədlərini və hər biri üçün ayrılıqda pul ödədim. Bunun əvəzində onlar  tələbələrimə idmançı kartı verməli, mənə isə möhür və əsasnaməni təqdim etməli idilər. Lakin Vəfa xanım və Oruc Məmmədli mənə yalnız əsasnamə verdilər, o da sonra məlum oldu ki, saxtadır. Möhürü isə ümumiyyətlə vermədilər. Maraqlıdır rəsmi sənədləri saxtalaşdıran bu şəxslər öz günahlarını dərk edərək onu düzəltməkdənsə, sonrakı dönəmdə də mənə qarşı təzyiq kampaniyasında iştirak etdilər”.

Şikayətçi daha sonra ona Məqami Bayramov adlı şəxsin zəng etdiyini bildirib:

- "Onunla "20 yanvar”da görüşdük. Çevik Polis Alayının işçisi ilə gəlmişdi”. Məqami Bayramov mənə dedi ki, Azərbaycan Sindo Ryu və Pençak silat federasiyasına baş məşqçi gəlir. "Kömək elə Abbas Hümbətovu (mənim müəllimimi) federasiyadan uzaqlaşdıraq. Bunun üçün məhkəmədə şahidlik eləməlisən. Təbii ki, bu iyrənc təklifə qətiyyətlə "yox” cavabı verdim və bunun ardınca ora Teymur Əhmədov gəldi. Onlar birlikdə mənə hədə-qorxu gəlməyə başladılar. Həmin vaxt fedrasiyanın prezidenti olan 
Ceyhun Əşrəfovun onların arxasında olduğunu bildirərək, onun da "yuxarılara” bağlı olduğunu və kəsdiyi başa sorğu olmadığını dedilər. Buna görə də Nazirliyin nümayəndəsi də ona baş əyir, çünki Ceyhun Əşrəfovun əlaqələri genişdi və pulu çoxdur.”
"Bütün bunları ona görə deyirəm ki, bir qrup məmur planlı şəkildə məni öz məqsədləri üçün istifadə etməyə çalışıb və bunun üçün düşünülmüş oyunlar oynayıblar” – Abdulla Abdullazadə bizimlə söhbətində deyib.

Bundan sonrakı hadisələr isə daha dramatik xarakter alıb. Belə ki, məhkəmədə yalançı şahidlik etmədiyi üçün Abdulla Abdullazadə bir qrup şəxs tərəfindən hədələnib. A.Abdullazadə bu adamların Ceyhun Əşrəfovun "qoçu”ları olduğunu bildirir. Və nəhayət o, qarşılaşdığı problemlə bağlı aidiyyatı orqanlara müraciət edib. Maraqlı burasıdır ki, müvafiq quruma şikayətdən sonra hədə - qorxuların sayı da artıb.
Vətəndaş qeyd edir ki, qarşı tərəf onları polisə verdiyim üçün: -"cəzanı çəkəcəksən, yaşadığın evə qədər sökdürəcəyik. Ceyhun müəllimin əli hər yerə çatır...” deyə təhdid edib.
"Üstündən bir müddət keçdikdən sonra, mayın 27-də, ailə üzvlərimin evdə olmalarına baxmayaraq xəbərdarlıq edilmədən, eyni zamanda, məhkəmənin qərarı olmadan evimi sökməyə başladılar” – A.Abdullazadə həyacanla davam edir.

”Evdə ailələikcə oturmuşduq. Güclü səs gəldi, ev silkələndi. Əvvəlcə hasar uçdu. 2016-cı ildən otağın birində yaşayıram, qaz, işıq su pulu ödəyirəm, evim hasarın içində, ikinci otağı tikdirmişəm, üstünü hələ bağlaya bilməmişəm. Maddi vəziyyətim buna imkan verməyib. Amma yaşayış olduğu halda məhkəmə qərarı olmadan, xəbərdarlıq edilmədən günün günorta vaxtı adamın evini başınamı uçurdarlar! Prezidentin göstərişi bu deyil axı.

Kimə güvənirlər bunlar? Arxalarında kim durur? İndi korrupsiya və özbaşınalığa qarşı Cənab Prezidentin rəhbərliyi altında bu qədər mübarizə aparıldığı halda görünür, hələ də özünü toxunulmaz hesab edənlər var. Polis əməkdaşları anamı itələyərək yerə yıxdılar, məni isə evi sökənə qədər post patrul maşınında saxladılar. Söküntü bitdikdən sonra məni buraxdılar. Xəstə anam və balaca bacımın gözləri önündə evimizi sökdülər. Bu dəhşətli anlar idi. Hələ də bacımın qorxu dolu baxışlarını, göz yaşlarını, anamın keçirdiyi həyacanı, haqsızlıqdan göylərə ucalan sızıltısını, narahatçılıq hisslərini unuda bilmirəm. 
Ceyhun Əşrəfov kimə güvənir görəsən?!

Baş verənlərdə Ceyhun Əşrəfovu suçlayan şikayətçi iddia edir ki, O, Oruc Məmmədli ilə birləşib günün gunorta çağı evimi sökdürdü.
"Federasiyanın prezidenti Ceyhun Əşrəfov  müəllimimə şər - böhtan ataraq məhkəmədə yalançı şahidlik etməyimi istəmişdi.”
Qartal Budaqlı, Rövşən, Səbuhi sökünütdə iştirak edən icra işçiləri   dedilər ki, əmr yuxarıdandı. Hətta Səbuhi adlı icra məmuru bildirdi ki, yenidən tiksəniz bu dəfə yaşadığınız otağı da sökəcəyik.
Mən, buradan  dövlət başçımıza, birinci vitse-rezidentimiz Mehriban xanım Əliyevaya müraciət edərək ölkədə baş verən haqsızlıqlara görə məmurlara layiqli cəza istəyirəm. Bir idmançı olaraq, ölkənin bayrağını xaricdə dalğalandıran insan kimi-evimin bu cür sökülməsini qəbul edə bilmirəm. İnanıram ki, haqq öz yerini tapacaq. Biz dövlətimizə və onun başçısına güvənirik”. 
Yazıda adları çəkilən şəxslərin mövqeyini də verməyə hazırıq./afia
7NEWS.az


RƏYLƏR