Çin Prezidenti Səudiyyə Ərəbistanına gedəcək

OXUNUB: 157 Özəl DÜNYA
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Si Cinpin 7-9 dekabr tarixlərini əhatə edən rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda keçiriləcək Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Zirvə toplantısında iştirak edəcək.

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çin liderinin Kral Salman ibn Əbdüləzizin dəvəti ilə ölkəyə səfər edəcəyi təsdiqlənərkən, iki zirvə görüşünün "ortaq əlaqələri inkişaf etdirmək məqsədi daşıdığı” qeyd edilib. 

Çin prezidenti Si 2016-cı ildə Ər-Riyada olub və 2019-cu ildə Pekində vəliəhd şahzadə Məhəmməd ibn Salman ilə görüşüb.

Maraqlıdır ki, Sİ-nin səfəri ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik dövrünə təsadüf edib və Vaşinqton öz qlobal strategiyasının çəkisini Asiya-Sakit Okean regionuna çevirərək diqqətini Yaxın Şərqdən dəyişib.

7NEWS.az

RƏYLƏR