Çin-Tayvan gərginliyi: Çin hərbi silahları adanın ətrafında GÖRÜNDÜ

OXUNUB: 309 Özəl DÜNYA
Tayvan Müdafiə Nazirliyi, gün ərzində adanın ətrafında Çinə məxsus 44 döyüş təyyarəsi, 2 hərbi pilotsuz təyyarə və 4 döyüş gəmisinin göründüyünü bildirib.

7NEWS.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Çin ordusuna aid 15 təyyarə və 2 pilotsuz uçan aparat Tayvan boğazında tərəflərin təsir sahələrini məhdudlaşdıracağı güman edilən hava və dəniz xəttinin şərqində yerləşir. 4 təyyarə Tayvanın 'Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası'nda yerləşir.
Adanın ətrafında aşkar edilən cəmi 46 təyyarə və 4 gəmi elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izlənilib.

7NEWS.az

RƏYLƏR