Çin öz ərazisi hesab etdiyi Tayvanın ətrafında altı nöqtədə hərbi təlimlərə başlayıb. ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvan səfəri ilə bölgədəki gərginlik daha da artıb.
7NEWS.az xəbər verir ki, Çin daha əvvəl elan edildiyi kimi Tayvan yaxınlığında hərbi təlimlərə başlayıb. Çin dövlət televiziyası CCTV tərəfindən edilən açıqlamada, ada ölkəsi olan Tayvanın ətrafındakı altı seçilmiş bölgədə döyüş təlimlərinin keçirildiyi və müharibəyə bu bölgələrdən, həmçinin ehtimal olunan gəmi və təyyarələrdən uzaq durmaq üçün xəbərdarlıq edildiyi bildirildi. Rəsmi açıqlamaya görə, təlim bazar gününə qədər davam edəcək.
7NEWS.az