İNANILMAZ XƏTA: hesabına səhvliklə 50 milyard dollar köçüb

OXUNUB: 334 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Luizianada yaşayan iki uşaq atası Darren Ceyms dünyada çox az adamın başına gələ biləcək bir hadisə yaşayıb. Luiziana İctimai Təhlükəsizlik Departamentinin keçmiş hüquq-mühafizə orqanı əməkdaşı və hazırda daşınmaz əmlak agenti olan 47 yaşlı kişi həyat yoldaşından zəng edəndə təəccüblənib. Telefonunda dərhal bank tətbiqini açan Darren hesabında düz 50 milyard dollar olduğunu görüb. Həmin şəxs pulun onlara naməlum imkanlı qohumu tərəfindən göndərilə biləcəyini bir anlıq təsəvvür etdiyini, lakin tezliklə həqiqətin üzə çıxdığını və kömək üçün Bankla əlaqə saxladığını bildirib. 

7NEWS.az

RƏYLƏR