"Çinarlı Park"dan "saxta" kampaniya: ƏDV-ni geri geri ala bilərsiniz dedilər, yalan çıxdı

OXUNUB: 407 GÜNDƏM Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, "Çinarlı Park" yaşayış kompleksi ƏDV geri alınması ilə bağlı sponsorlu şərh paylaşıb. Şərhdə deyilir: ""Çinarlı Park"dan mənzil aldığınız zaman 9873 manata qədər ƏDV geri ala bilərsiniz."
7NEWS.az xəbər verir ki, Mir Damət adlı mənzil sahibi "Çinarlı Park"dan şikayətçidir. Onun sözlərinə görə şirkət saxta, yalan reklam paylaşmaqla müştəriləri tora salmaq istıyir: "Deyirsiniz, amma, hələ də ƏDV-ni geri ala bilmirik. Zəng vuranda da deyirsiniz ki, bizlik deyik, Vergi problem yaradır. Reklamınızla reallıq üst-üstə düşmür. Bayramdan sonra məhkəməyə müraciət edəcəyik." Maraqlısı odur ki, 1 ay öncə Mir Damət adlı şəxsin yazdığı şərhə şirkıt hələ  münasibət bildirməyib. 
Bəzi şəxslər isə Mir Damətin bu etirazına reaksiya veriblər. Bina tam hazır olmamış müştərini aldadan tikinti şirkətinə etibar etməyin düzgün olmadığını deyirlər. Bəzi şəxslər isə Türkiyədəki zəlzələni xatırladır və qeyd edirlər ki, belə saxta məlumat yayan tikinti şirkətinin binasının keyfiyyətinə də inanmaq olmaz.

RƏYLƏR