Çində binada qaz partlayışı baş verib: 8 YARALI

OXUNUB: 240 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Çinin şimalındakı Tyantszin şəhərinin Beyçen rayonunda 6 mərtəbəli binada qaz partlayışı baş verib. Qəzadan sonra hadisə yerinə çox sayda ilk yardım və polis qrupları sövq edildi. Səlahiyyətlilər qəza nəticəsində 8 nəfərin yaralandığını, yaralıların isə xəstəxanada müalicə olunduğunu bildirib. Bölgədə axtarış-xilasetmə işləri davam edərkən, hadisə ilə bağlı araşdırma başladılıb.

7NEWS.az

RƏYLƏR