Çində zavod yanğını baş verib : 36 ÖLÜ

OXUNUB: 177 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Çinin şərqindəki Henan əyalətinin Anyang şəhərində kimyəvi maddələr və digər sənaye məhsulları satışı ilə məşğul olan şirkətin fabrikində yanğın baş verib. Əraziyə 200-dən çox axtarış-xilasetmə işçisi və 63 yanğınsöndürən maşın göndərilib. Yanğında ən azı 36 nəfərin öldüyü, 2 nəfərin isə yaralı olaraq xəstəxanaya aparıldığı açıqlanıb. İtkin düşdüyü qeyd edilən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib. 4 saatlıq gərgin səylərdən sonra alov nəzarət altına alınıb. Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR