İndoneziyada polis bölməsinə silahlı hücum edilib: 1 ÖLÜ, 8 YARALI

OXUNUB: 166 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, yerli vaxtla saat 08:20 radələrində Bandunqda polis bölməsinin bağına girən bıçaqlı şəxs işə başlamağa hazırlaşan polisə müraciət edib. Polis bölməsinin girişinə doğru sürətlə qaçan şəxs üzərindəki bombanı işə salaraq özünü partladıb. Qərbi Yava polisinin sözçüsü İbrahim Tompo jurnalistlərə hücumda 1 polisin öldüyünü, 1-i mülki olmaqla 8 nəfərin yaralandığını bildirib. Hadisədən dərhal sonra həvəskar kameralara əks olunan görüntülərdə polis idarəsinin bağçasından tüstü qalxdığı və ətrafdakıların panikaya düşdüyü görülüb. Bildirilib ki, Bandunq polisi insidentlə bağlı başlanan araşdırmada terrorla mübarizə bölməsi ilə birgə işləyir.

7NEWS.az

RƏYLƏR