İndoneziyada təlimçi təyyarə qəzaya uğrayıb : 1 NƏFƏR ÖLDÜ

OXUNUB: 219 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İndoneziyanın Yava adasında hərbi təlimçi təyyarə qəzaya uğrayıb. Hadisə yerinə ilk yardım qrupları sövq edildikdən sonra pilotun öldüyü öyrənilib. İndoneziya Ordusu Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü İndan Gilanq Cənubi Koreya istehsalı olan T-50 Qızıl Qartal tipli təyyarənin axşam saatlarında keçirilən taktiki ələ keçirmə təlimi zamanı İsvahyudi Hava Bazasından qalxdıqdan təxminən 1 saat sonra qəzaya uğradığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

7NEWS.az

RƏYLƏR