İngilis donanması Karib dənizində 400 kiloqram kokain ələ keçirib

OXUNUB: 235 Özəl DÜNYA
Dominikan Respublikası yaxınlığında bir qayıqda əməliyyat keçirən İngilis donanması 400 kiloqram kokain ələ keçirdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, İngilis Kral Donanması Dominikan Respublikası yaxınlığında bir qayıqda 400 kiloqram kokainin ələ keçirildiyini və oktyabrın 27-də keçirilən əməliyyatda 3 nəfərin saxlanıldığını bildirib. 

Ələ keçirilən kokainin bazar dəyərinin 28 milyon dollar olduğu təxmin edilir.

7NEWS.az

RƏYLƏR