İngiltərə: “İran heç vaxt nüvə silahına malik olmamalıdır”

OXUNUB: 222 Özəl DÜNYA
İngiltərənin xarici işlər naziri İranın nüvə proqramını daha da genişləndirdiyini bəyan edərək, "Öz xalqına daxildə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dostlarımızı və müttəfiqlərimizi təhdid edəcək” dedi.

7NEWS.az xəbər verir ki, İngiltərənin Xarici İşlər naziri Ceyms Kleverli "Twitter”dəki paylaşımında İranın nüvə proqramını daha da genişləndirdiyinə işarə edərək, bunun rejimin qlobal təhlükəsizlik üçün yaratdığı təhlükənin daha bir sübutu olduğunu bildirib.

Nazir Kleverli dedi: "Öz xalqına daxildə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dostlarımızı və müttəfiqlərimizi təhdid edəcək. İran heç vaxt nüvə silahı əldə etməməlidir".

7NEWS.az

RƏYLƏR