İngiltərə Şotlandiyanın müstəqillik referendumuna son qoyur

OXUNUB: 216 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngiltərədə Ali Məhkəmə Böyük Britaniya parlamentinin razılığı olmadan Şotlandiyanın müstəqilliyi üçün ikinci referendumun keçirilə bilməyəcəyinə qərar verib. Yüksək Məhkəmənin yekdilliklə qəbul etdiyi qərarda İngiltərə parlamentinin təsdiqi olmadan Şotlandiyanın İngiltərədən müstəqilliyini əldə etməsi üçün yeni referendumun keçirilə bilməyəcəyi bildirilib. Məhkəmənin sədri Robert Rid verdiyi açıqlamada "Şotlandiyanın ikinci referendumun Britaniya parlamentinə aidiyyatı olmadığına dair iddiasını" rədd edərək, referendumun təkcə "hüquqi təsiri deyil, həm də maddi təsirini" nəzərə almalı olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR