"Eurovision” Mahnı Müsabiqəsinin İngiltərədə keçiriləcəyini açıqlayan mədəniyyət naziri Nadin Dorris, "Dostlarımızı dəstəkləmək mütləq bir imtiyaz və şərəfdir" dedi.
7NEWS.az xəbər verir ki, Ukraynanın bu il Eurovision Mahnı Müsabiqəsində qalib olmasından sonra gələn il Kiyevdə keçirilməsi gözlənilən təşkilata Böyük Britaniyanın ev sahibliyi edəcəyi açıqlanıb. Böyük Britaniyanın mədəniyyət naziri Nadin Dorris sosial şəbəkədəki paylaşımında 2023 "Eurovision” Mahnı Müsabiqəsinin İngiltərədə keçiriləcəyini rəsmən açıqlayıb.