Salyanda yaşlı kişini maşın vurub

OXUNUB: 2156 Özəl MƏDƏNİYYƏT DÜNYA BANK

Salyan. 29 aprel. / Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Süd zavodu adlanan ərazisində qeydə alınıb.

Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, bina 8, ev 8 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Zakir Əvəz oğlu Həsənovu yol ilə gedərkən minik avtomobili vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Z.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR