İngiltərə və Yaponiya müdafiə paktı imzaladılar

OXUNUB: 228 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumionun İngiltərənin paytaxtı Londona rəsmi səfəri çərçivəsində iki ölkə arasında müdafiə müqaviləsinin imzalandığı bildirilib. Sözügedən əməkdaşlığın "Böyük Britaniya ilə Yaponiya arasında 100 ildən çox müddətə imzalanmış ən mühüm müdafiə müqaviləsi" olduğu vurğulanıb. Müqavilənin uzun illər davam edən danışıqları, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı sürətləndirəcəyi və sözügedən sazişin İngiltərə və Yaponiyaya bir-birinin ərazilərində qüvvələr yerləşdirməyə imkan verəcəyi qeyd edilib. Bundan əlavə, bəyanatda sazişin Hind-Sakit okean regionunun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Britaniyanın "sarsılmaz öhdəliyini” gücləndirəcəyi vurğulanıb.

7NEWS.az

RƏYLƏR