İngiltərədə 30 ildən sonra yeni kömür mədəni layihəsi təsdiqlənib

OXUNUB: 310 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Regional bərabərsizliyin aradan qaldırılması ilə məşğul olan Britaniyanın naziri Maykl Qov, ekspertlərin və deputatların iqlim böhranı ilə bağlı narahatlığına baxmayaraq, ölkədə son 30 ildə ilk kömür mədəni layihəsini təsdiqləyib.

Ölkənin şimalındakı Cumbria bölgəsində inşa edilməsi planlaşdırılan mədəndən həm İngiltərədə, həm də dünyanın bir çox yerində polad istehsalı üçün istifadə olunacaq kömürün çıxarılması planlaşdırılır. Layihənin tənqidçiləri bunun Böyük Britaniyanın iqlim hədəflərinə uyğun olmadığını deyirlər.

Onun tərəfdarları isə bu layihənin yoxsulluqla mübarizə aparan Kumbriyada məşğulluğu təmin edəcəyini və xaricdən kömürə olan ehtiyacı azaldacağını iddia edirlər. İlk dəfə 2020-ci ildə yerli hökumət tərəfindən təsdiqlənən layihə əslində iki ildir ki, dayandırılıb.

2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək COP26 İqlim Zirvəsi ərəfəsində hökumətin iqlim dəyişikliyi üzrə müşaviri karbon emissiyalarını artıracağını əsas gətirərək kömür mədəni planlarını dayandırdı.

7NEWS.az

RƏYLƏR