İngiltərədə 6 uşaq “Strep A” bakteriyasından həyatını itirib

OXUNUB: 215 Özəl DÜNYA
İngiltərədə "Strep A" adlı bakterial infeksiyaya görə 6 uşaq ölüb.

7NEWS.az xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bu yana ölkədə 5-i 10 yaşdan kiçik olmaqla 6 uşağın "Strep A” infeksiyası səbəbindən dünyasını dəyişdiyini təsdiqləyib. UKHSA, ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edərək, xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkdi. UKHSA, artımın çox güman ki, cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu təxmin etdi.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, "Strep A” infeksiyalarının ümumi artımı Covid-19 epidemiyasından sonra toxunulmazlığın azalması ilə bağlı ola bilər. Digər tərəfdən, "Strep A” olan 4 yaşlı bir qız 28 Noyabrdan bəri Liverpuldakı xəstəxanada süni nəfəs aparatında həyatı üçün mübarizə aparır.

7NEWS.az

RƏYLƏR