İngiltərədə qaçqınlar mərkəzinə bombalı hücum edilib

OXUNUB: 312 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngiltərədə bir şəxs qaçqınlar mərkəzini hədəfə alıb. Ölkənin cənubundakı Dover Limanında Sərhəd Qoşunlarının qaçqınların qəbulu mərkəzinə əldəqayırma bomba ilə hücum edilib. Hücum edən şəxs atəşfəşanlıq bağladığı 3 qaz qutusunu mərkəzə doğru atarkən, 2 ədəd PUA-nın partlaması nəticəsində mərkəzdən kənarda yanğın baş verib. İngilis mətbuatında yer alan xəbərlərdə, hücumdan sonra şübhəlinin yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə getdiyi və özünü asaraq intihar etdiyi bildirilib. Mərkəzdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

7NEWS.az

RƏYLƏR