Çinin kosmik stansiyasında olan komandası 180 gündən sonra geri qayıdıb

OXUNUB: 238 Özəl DÜNYA
Çinin Yer orbitində qurduğu Tiengong (səma sarayı) Kosmik Stansiyasında taikonavt komandası 6 aylıq missiyasını başa vurduqdan sonra geri qayıdıb.

7NEWS.az xəbər verir ki, Çin Donq, Liu Yang və Cai Şucını daşıyan "Shincou-14” kosmik kapsul axşam saatlarında Qobi səhrasındakı Donfinq sahəsinə enib. Kosmosda 180 gün qalan taikonavtların sağlamlıqlarının yaxşı olduğu bildirilir. "Shincou-14” kosmik gəmisi iyunun 5-də, komanda isə iyunun 6-da işə salınıb.

Kosmik stansiyaya göndərilən üçüncü komanda olan taikonavt qrupu 6 ay ərzində stansiyanın əsas skeletinin quraşdırılması üçün araşdırmalar aparıb və bunun üçün üç dəfə kosmosda gəzinti həyata keçirib.

Noyabrın 29-da "Shincou-15” gəmisi ilə stansiyaya göndərilən yeni taykonavt heyəti ilə taykonavtlar orbitdə ilk təhvil-təslim həyata keçirdilər.

7NEWS.az

RƏYLƏR