Çinin raketi nəzarətsiz şəkildə Yerə düşüb

OXUNUB: 232 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Menqtian elm modulunu Çinin kosmik stansiyasına daşıyan Long March 5B raketinin kosmik missiyasını başa vurduqdan sonra yer atmosferinə doğru düşməyə başladığı bildirilib. Alimlər insanların çox olduğu ərazilərə raketin düşmə sürətinin yüksək olduğu barədə xəbərdarlıq ediblər. Müasir raketlərin kosmos vakuumunda itmə qüvvəsindən istifadə edərək Sakit Okeana düşməsinə icazə verildiyi halda, Çinin Long March 5B raketində bu xüsusiyyətin olmaması 23 tonluq raketin sürətlə yerə çırpılmasına səbəb olacaq. Raketin şənbə günü səhər Yer kürəsinin istənilən nöqtəsinə düşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Atmosferə girdikdən sonra parça-parça olacaq 23 tonluq raketin müstəqil parçalar kimi müxtəlif nöqtələrə düşə biləcəyi bildirilib. Mütəxəssislər, 10 mərtəbəli bir bina böyüklüyündə olan Long March 5B raketinin hara düşəcəyi ilə bağlı hesablamaların heç bir nəticə verməyəcəyini vurğulayırlar. 

7NEWS.az

RƏYLƏR