"Intel" kriptovalyutada istifadə edilən çiplərin istehsalını dayandırdı

OXUNUB: 232 Özəl DÜNYA
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan "Intel", kriptovalyutada istifadə edilən çip seriyalarının istehsalını dayandırdığını açıqladı.

7NEWS.az xəbər verir ki, "Intel" tərəfindən edilən şərhdə, "Blockscale" 1000 seriyasının ömrünü tamamladığı, lakin şirkət IDM 2.0-a sərmayələrini prioritetləşdirdiyi üçün bu sahədə müştəri dəstəyinin davam edəcəyi ifadə edildi.

Şirkət kriptovalyuta məkanında bazar imkanlarını izləməyə davam edəcəyini qeyd edib.

7NEWS.az

RƏYLƏR