İran 300 meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

OXUNUB: 268 Özəl DÜNYA
İran cənub-qərbində yerləşən Xuzistan əyalətində 300 meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.

7NEWS.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Xuzistan əyalətinin Darhovin bölgəsində 300 meqavatlıq Karun atom elektrik stansiyasının təməli prezidentin müavini və Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslaminin də iştirak etdiyi mərasimlə qoyulub.

Təzyiqli su reaktoru sistemi ilə işləyəcək elektrik stansiyasının tikintisinin təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi bildirilir. Bildirilib ki, stansiya 4 faizədək saflıqda zənginləşdirilmiş uranla işləyəcək.

7NEWS.az

RƏYLƏR