İran ABŞ-ın 10 nəfər və 4 təşkilatına sanksiya qərarı verib

OXUNUB: 249 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İran ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də daxil olmaqla 4 təşkilat və 10 nəfərin "terrorçu fəaliyyətlərə təhrik” ittihamı ilə sanksiya siyahısına salındığı bildirilib. Həmçinin bildirilib ki, sanksiya siyahısına şəxslər və təşkilatlar "insan hüquqlarına zidd fəaliyyətlər” həyata keçirdikləri və "İranın daxili işlərinə qarışdıqları” üçün yer alıb. Sanksiyaya məruz qalanlar arasında ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) general Maykl Kurilla da var.

7NEWS.az

RƏYLƏR